Əmək pensiyasının minimum məbləğinin artırılması ilə bağlı “Əmək
pensiyaları haqqında” qanuna dəyişiklik Milli Məclisin plenar iclasında təsdiq
edilib.
Dəyişikliklər Milli bu gün
keçirilən iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, əmək
pensiyasının minimum məbləği 2023-cü il fevralın 1-dən 280 manat məbləğində
müəyyən olunur.
Qeyd edilib ki, ölkəmizdə son
illər ərzində sığorta-pensiya sisteminin özünəməxsus xüsusiyyətlərinın
qorunması ilə yanaşı, ilk növbədə vətəndaşların sosial rifahının üstün
tutulması bu sahədə görülən işlərin təməl prinsipini təşkil edir. Azərbaycan
Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında
təqdim edilən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının
Qanununda edilməsi nəzərdə tutulan dəyişiklik də qeyd olunan müsbət proseslər
çərçivəsində hazırlanmışdır. Xatırladaq ki, Milli Məclisin 2023-cü il yaz
sessiyasnın ilk iclasının fevralın 1-də keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, 2022-ci ildə
pensiya ödənişlərinə əvvəlki ilə nisbətən 7,9 faiz (361 mln. manat) çox olmaqla
4 mlrd. 948 mln. manat vəsait yönəldilib. Keçən ilin əvvəlindən minimum aylıq
pensiya artırılmaqla, həmçinin pensiyalarda indeksləşdirmə əsasında artımlar
edilib. Əlavə dəstək olaraq bütün pensiyaçılara maddi yardımlar verilib ki,
həmin maddi yardımlar bu ilin əvvəlindən pensiyaların tərkibinə daxil edilib.
Son bir ildə 23 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin
əvvəlindən isə 71 min pensiya təyinatı (ümumi əsaslarla yaşa görə pensiya
təyinatının 80 faizi) e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.