Azərbaycan Respublikasının
Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə
fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə
aylıq məlumatı açıqlayıb.
ANAMA-dan
bildiriblər ki, yanvarın 1-dən 31-dək Tərtər, Kəlbəcər, Ağdam, Xocalı,
Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının
ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 61,
tank əleyhinə 157 mina və 523 ədəd partlamamış hərbi sursat aşkarlanaraq
zərərsizləşdirilib.
Ay ərzində 1504,56 hektar ərazi mina və partlamamış hərbi sursatdan
təmizlənib.