Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur.
2 fevral tarixinin Gənclər
Günü kimi elan olunması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu
öndərin hakimiyyətə ikinci dəfə gəlişindən sonra Azərbaycanda dövlət gənclər
siyasətinin əsas qoyuldu.1994-cü ildə dövlət gənclər siyasətini icra edən
Gənclər və İdman Nazirliyi yaradıldı.
Ümummilli liderin rəhbərliyi
dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzərində hiss etmişlər.
1996-cı ilin 2 fevral tarixində məhz ulu öndər Heydər Əliyevin dəstəyi ilə
gənclərin 1-ci forumu keçirilidi. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2
fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başlandı.
Əsası ulu öndər tərəfindən
qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə
bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişib. Müasir
Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı
xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın
müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi
yüksəlişini, gənclərə olan diqqəti və qayğısını dərin ehtiram hissi ilə
xatırlayır.
Ulu öndər Heydər Əliyev
tərəfindən müəyyənləşdirilmiş siyasi kurs bu gün ölkə Prezidenti İlham Əliyev
tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə
həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına
təkan verib, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayıb. Bu
siyasət nəticəsində gənclərimiz dövlətçiliyə bağlı, intellektual, yüksək
dünyagörüşlü bir qüvvə kimi formalaşıblar.
Prezident İlham Əliyev
2005-ci il avqustun 30-da "Azərbaycan Gəncliyi Dövlət Proqramının
(2005-2009-cu illər) təsdiq edilməsi haqqında" sərəncam imzaladı. Proqram
çərçivəsində görülən işlər gənclərin potensialından ölkənin mənafeyi naminə tam
və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi,
dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi
irəliləyişə gətirib çıxardı. Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti
özünü ayrıca bir ilin (2007-ci il) "Gənclər ili" elan edilməsində də
göstərdi. 2007-ci ildə Prezident İlham Əliyev "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın
təsdiq edilməsi barədə sərəncam imzaladı. Bundan başqa, 2011-ci ilin 6 aprel
tarixində Prezident İlham Əliyev "Azərbaycan gəncliyi 2011-2015-ci
illərdə" Dövlət Proqramı haqqında sərəncam imzaladı. Proqramın əsas
məqsədi ölkəmizdə gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin
menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə
təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək oldu.
Gənclərin hərtərəfli
inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq
məqsədilə dövlət başçısı 19 dekabr 2011-ci il tarixində Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə sərəncam
verdi. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və
digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən
beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində
maliyyələşdirmək məqsədi qoyuldu. Prezident İlham Əliyevin gənclərə dəstək
yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə
"Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsi oldu.
Prezident İlham Əliyevin
rəhbərliyi və apardığı düzgün siyasi kurs nəticəsində Vətən müharibəsində
tarixi qələbə qazanan gənc nəsil formalaşdı. Son 18 ildə formalaşan
Azərbaycanın gəncləri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 illik
işğala son qoydu.
Bu gün qətiyyətlə deyə
bilərik ki, ölkə gəncləri Prezident İlham Əliyevin uğurla apardığı daxili və
xarici kursu alqışlayr, bu siyasətin icrasında daim onun yanındadır.
Əziz gənclər, bayramınız
mübarək!
Dumanlı Şuşa