Çətin relyefli və dağlıq ərazilərdə dislokasiya olunan
Azərbaycan Ordusunun hərbi hissələrində istənilən hava şəraitində xidməti-döyüş
fəaliyyətinin təşkili məqsədilə zəruri tədbirlər həyata keçirilir.
MN-dən
verilən məlumata görə, Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə
qarşılıqlı fəaliyyəti nəticəsində təxliyə yollarının daim işlək vəziyyətdə
saxlanılması, avtomobil və döyüş texnikası kalonlarının təhlükəsiz və fasiləsiz
hərəkətinin təmin edilməsi məqsədilə cari ilin yanvar ayı ərzində Kəlbəcər,
Laçın və Daşkəsən rayonları istiqamətində ümumilikdə 3600 km-dək yol qar
örtüyündən təmizlənib.
Azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə tədbirlər plana uyğun davam
etdirilir.