Şuşa +8 °C  
"Azərişıq": Xankəndi elektriklə Ermənistandan təmin olunur

"Azərişıq": Xankəndi elektriklə Ermənistandan təmin olunur

Hazırda Xankəndi istiqamətində “Azərişıq” tərəfindən hər hansı elektrik təminatı yoxdur.

Bunu “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə qurumun 2022-ci ilə dair hesabat xarakterli mətbuat konfransında çıxışı zamanı bildirib.

 “Azərbaycanın istənilən ərazisinin kommunal xidmətlərlə təmin edilməsinə qadirik. Lakin hazırda Xankəndi Ermənistandan gələn elektrik xətti vasitəsilə qidalanır”, - deyə Araz Məmmədov vurğulayıb.