İşğaldan
azad olunmuş ərazilərdə yaşıl enerjiyə keçid sürətlə aparılır. Bu ərazilərdə
demək olar ki, bütün mümkün yerlərdə elektromobillərin enerji doldurması üçün
məntəqələr tikilib.
Bunu “Azərişıq” ASC-nin Tədris
və İnnovasiyalar mərkəzinin direktoru Araz Məmmədzadə qurumun 2022-ci ilin
yekunlarına dair mətbuat konfransında deyib.
“Füzulidə ilk dəfə Rəqəmsal
Stansiya İdarəetmə Mərkəzi tikilib və istifadəyə hazırdır. Orada
elektromobillər üçün enerji doldurma stansiyalarının quraşdırılması da
planlaşdırılır”, - deyə Araz Məmmədzadə əlavə edib.