Bu il Laçın
şəhəri, Zabux və Sus kəndlərinin, Şuşa və Zəngilan sakinlərinin doğma yurda
qayıdışı təmin edilməlidir.
Bu barədə Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev kollegiya
iclasında bildirib.
O qeyd edib ki,
dövlət başçısının tapşırığına əsasən, bu il Laçın şəhəri, Zabux və Sus
kəndlərinin, Şuşa və Zəngilan sakinlərinin doğma yurda qayıdışı təmin
edilməlidir.
Dövlət Komitəsinin sədri “Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət
Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar qarşıda mühüm
vəzifələr durduğunu, onların tam və vaxtında yerinə yetirilməsi üçün bütün
imkanların səfərbər edildiyini
bildirib.