İşğaldan azad olunmuş ərazilərə bezoar
keçiləri buraxılacaq.Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi
Firuddin Əliyev deyib.
Onun sözlərinə görə, bezoar keçiləri
Kiçik Qafqazda geniş yayılmış heyvan növü olsa da, hazırda ancaq Naxçıvan
ərazisində qalıb:
"Yaxın
günlərdə bezoar keçilərinin işğaldan azad olunmuş ərazilərdə reintraduksiya
nəzərdə tutulub. Bu ərazilər onların tarixi arealı olub".