Dövlət
İmtahan Mərkəzi (DİM) buraxılış imtahanlarından azad edilən şəxslərin sayını
açıqlayıb.
DİM-dən bildirilib ki,
2022/2023-cü tədris ili üzrə Elm və Təhsil Nazirliyinin əmri ilə yaradılmış
şəhər, rayon psixoloji-tibbi-pedaqoji komissiyaların rəyi əsasında tam (XI
sinif) orta təhsil səviyyəsi üzrə 99 nəfər, ümumi (IX sinif) orta təhsil
səviyyəsi üzrə 584 nəfər şagird Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış
imtahanlarından azad edilib.
Buraxılış imtahanlarından azad
edilmiş şagirdlərin siyahısı ilə buradan tanış
olmaq mümkündür.