Qardaş Türkiyədə baş verən zəlzələdə ölənlərin və yaralıların sayı artıb. Rəsmi şəxslərin verdiyi məlumata görə, ümumilikdə 1014 nəfər həyatını itirib, 5385 yaralı var, 1710 bina dağılıb. Xatırladaq ki, Qardaş Türkiyədə güclü zəlzələ baş verib. Zəlzələ bu gün səhər Türkiyə vaxtı ilə 04.17-də qeydə alınıb. Zəlzələnin episentri Kahramanmaraşın Pazarcık qəsəbəsi olub. Burda zəlzələ 7,4 bal gücündə hiss edilib. Zəlzələ həmçinin Malatya, Qaziantep, Diyarbakır, Adıyaman, Şanlıurfa, Mersin, Kilisdə də hiss edilib.
Dumanlı Şuşa