Şuşa +10 °C  
Türkiyədəki güclü zəlzələ ilə bağlı İlham Əliyevdən Tapşırıq

Türkiyədəki güclü zəlzələ ilə bağlı İlham Əliyevdən Tapşırıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  tapşırığına əsasən, Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasında iştirak edəcək Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasedici qüvvələri yaxın saatlarda xüsusi təyyarə ilə Adana şəhəri hava limanına yola düşəcəklər.

Həmçinin ilkin yardım məqsədilə çadırlar, yataq dəstləri, tibbi ləvazimatlar və digər zəruri vasitələri hadisə yerinə çatdıracaq ikinci təyyarə də hazırlanır və ən qısa zamanda onun göndərilməsi nəzərdə tutulur.