Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev hərbi hissələrdə olub, yeni tədris dövründə intensiv döyüş hazırlığı məşğələlərinin gedişini yoxlayıblar.
Bu barədə Müdafiə Nazirliyindən məlumata
verilib.
Baş Qərargah rəisi
məşğələlərin təşkili və icrası ilə bağlı komandir heyətinin məruzələrini
dinləyib.
Bildirilib ki,
bölmələrdə döyüş hazırlığı tədbirlərinin keyfiyyətli təşkilinə xüsusi diqqət
yetirilir. Müasir döyüşün aparılması üsulları nəzərə alınmaqla plana uyğun
keçirilən məşğələlərdə əsas diqqət şəxsi heyətin fərdi bacarığının və
taktiki-xüsusi hazırlığının inkişaf etdirilməsinə yönəldilib.
Müdafiə nazirinin
birinci müavini komandir heyətinə məşğələlərin real döyüş şəraitinə uyğun
keçirilməsinin vacibliyini vurğulayıb.
Prezident İlham Əliyevin
Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını alarkən bölmələrimiz
tərəfindən görülən cavab tədbirlərini yüksək qiymətləndirdiyini qeyd edən Baş
Qərargah rəisi Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu
tapşırıqları, onların dəqiq və vaxtında yerinə yetirilməsi məqsədilə bölmələrin
döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, silah və texnikanın
effektiv tətbiqinin təmin edilməsi ilə bağlı müdafiə nazirinin göstərişlərini
aidiyyəti üzrə çatdırıb.
Sonda hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.