Azərbaycanda
qəzet və saytlara verilən maddi yardımlar vergilərdən azad edilir.
Bununla
bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.
Layihənin
qeyd hissəsində əsaslandırılıb ki, “Media haqqında” qanunun 4-cü maddəsində
medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətini
stimullaşdırması nəzərdə tutulur. Həmin qanuna uyğun olaraq Vergi Məcəlləsinə
dəyişikliklər edilməsi təklif olunur.
Belə
ki, qanun layihəsinə əsasən media subyektlərinin onlara müvafiq dövlət qurumu
tərəfindən verilən maddi yardımların gəlir vergisindən, mənfəət vergisindən və
sadələşdirilmiş vergidən azad edilməsi təklif edilir.
Məcəlləyə
dəyişiklik layihəsi qəbul ediləcəyi təqdirdə 2023-cü il yanvarın 1-dən tətbiq
olunmaqla 3 il müddətində qüvvədə olacaq və audiovizual media subyektlərinə
şamil olunmayacaq.