Türkiyədə bu səhər 7,4 maqnitudalı zəlzələ olub. Yeraltı
təkanlar yarım saat ərzində müxtəlif bölgələrdə - Adana, Ankara, Antalya,
Qaziantep, Kayseri, Mersin, Trabzon, Şanlıurfada hiss olunub.
Bu günün
məlumatlarına əsasən, 150 bina dağılıb, 560-dan çox yaralı var, azı 85
nəfər həlak olub.
Qardaş ölkəyə
humanitar yardım göstərmək məqsədi ilə Azərbaycanın ən böyük humanitar
təşkilatı olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Səninləyəm, Türkiyə!” adlı
kampaniya elan edib.
Kampaniya
çərçivəsində istənilən fiziki və hüquqi şəxslər birbaşa maliyyə yardımı göstərə
bilərlər:
• Onlayn bank
kartı vasitəsi ilə ianə etmək üçün bu linkdən istifadə edin:
https://yardim.et/az/donations/bank/online
• Nağd pul
vasitəsi ilə ianə etmək üçün MilliÖn və eManat ödəniş
terminallarında xeyriyyəçilik bölməsində “yardim.et” düyməsindən istifadə edə
bilərsiniz.
• SMS vasitəsi
ilə ianə etmək üçün “Azercell” Abunəçiləri 8116 qısa nömrəsinə
SMS göndərə bilər.
• Elektron pul
kisəsi vasitəsi ilə hesab.az saytından
ianə edə bilərsiniz.
• Hüquqi şəxslər
həmçinin bank köçürmə vasitəsi ilə ianə edə bilərlər. Əlaqə üçün: [email protected]
Bütün yığılan
ianələr Türkiyəyə humanitar yardım göstərmək məqsədi ilə göndəriləcək.