Şuşa +10 °C  
Türkiyədəki zəlzələ dalğasının Azərbaycana təsiri ola bilərmi?

Türkiyədəki zəlzələ dalğasının Azərbaycana təsiri ola bilərmi?

 Türkiyədə baş verən zəlzələnin episentri ilə ölkəmizə qədər məsafə 700-800 kilometrdir. Ona görə də həmin dalğanın təsiri Azərbaycandakı zəlzələ ocaqlarını oyada bilməz.Bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli fevralın 6-da keçirilən mətbuat konfransında deyib.

Q.Yetirmişli Azərbaycanda fəlakətli zəlzələnin gözlənilmədiyini də qeyd edib.