Xalq artisti Azərinin bu
gün Kahramanmaraşda baş tutmalı olan konserti təxirə salınıb.
Bu barədə ifaçı sosial media hesabında məlumat
yayıb.
O, zəlzələ səbəbi ilə konsertin baş tutmayacağını
bildirib: “Bu gün Kahramanmaraşdakı konsertimiz üçün yola düşəcəkdik. Səhər
04:30-da Ankarada zəlzələni hiss etdikdən sonra Kahramanmaraşa zəng vurduq və
təəssüf ki, xəbəri aldıq. Zəlzələ bölgəsindəki insanlarımız üçün dua edirəm.
Sizlərdən də dua etməyi xahiş edirəm. Çox kədərliyəm. Allah yardım etsin.
Başımız sağ olsun”.
Qeyd edək ki, zəlzələ 7, 7 bal gücündə baş verib.
Nətidə 912 nəfər həlak olub, 5385 nəfər xəsarət alıb. Bununla yanaşı 2470 nəfər
dağıntılar altından çıxarılıb, 2818 bina dağılıb.