Şuşa +11 °C  
TÜRKİYƏDƏ ZƏLZƏLƏ QURBANLARININ SAYI 3 MİNƏ ÇATIR

TÜRKİYƏDƏ ZƏLZƏLƏ QURBANLARININ SAYI 3 MİNƏ ÇATIR

Qardaş Türkiyədə baş verən zəlzələdə həyatını itirənlərin sayı aratarq 2 min  921-ə çatıb. Yaralı sayı  15 min 834 nəfərdir.  Zəlzələ nəticəsində 6 mindən çox bina dağılıb.  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səsərncamı ilə ölkədə 7 gün milli matəm elan edilib. Qeyd edək ki, Azərbaycan qardaş Türkiyənin üzləşdiyi bu dəhşətli fəlakətdə yardımlarını əsirgəmir. Artıq  420 nəfərlik xilasedici  heyəti zəlzələ bölgəsindədir.  Növbəti yardımların gödnərilməsi üçünsə hazırlıq işləri aparılır. Bura  hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı, həmçinin  dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqlar daxildir.