Türkiyədə
baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar
Nazirliyinin (FHN) yardımlarından ibarət növbəti iki təyyarə qardaş ölkəyə yola
salınır.Təyyarələrdən biri ilə FHN-in hər cür tibbi avadanlıq və ləvazimatlarla
təchiz olunmuş mobil səhra hospitalı göndərilib. Hospital 4 funksional bölmədən
– qəbul-çeşidləmə, laboratoriya, cərrahiyyə və intensiv terapiya bölməsindən, 3
köməkçi konteynerdən və 3 hava ilə doldurulan moduldan ibarətdir. Mobil səhra
hospitalı ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün
müvafiq şəraitlə təmin olunub. FHN-in peşəkar tibbi heyətinin xidmət
göstərəcəyi hospital bütün lazımi dərman və preparatlarla təchiz edilib.
İkinci
təyyarə ilə isə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün
çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqlar yola salınır.
Qeyd edək ki, 34 nəfər tibbi, 7
nəfər qeyri-tibbi olmaqla 41 nəfərlik heyət qardaş ölkəyə yola düşür.
Dumanlı Şuşa