Türkiyədə baş vermiş zəlzələ ilə bağlı
qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup
əməkdaşı Kahramanmaraş şəhərinə çatıb.
Türkiyəyə ezam
olunmuş əməkdaşının xəbərinə görə, günün ikinci yarısından sonra Adananın Şakir
Paşa Hava Limanından yola düşün Azərbaycanın xilasediciləri artıq
Kahramanmaraşa gəliblər.
Azərbaycan
FHN-in əməkdaşları baş vermiş zəlzələrin nəticələrini aradan qaldırmaq üçün
hazırda hadisə yerindədirlər.
Qeyd edək ki,
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş
vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə
əməliyyatlarına dəstək məqsədilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə
göndərilib.