Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü
il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun qoşun növləri və
hərbi hissələrində yeni tədris dövrü ilə əlaqədar praktiki məşğələlər
keçirilib.
Müdafiə Nazirliyindən
verilən məlumata görə, plana uyğun olaraq bölmələrin “Həyəcan” siqnalı ilə
daimi dislokasiya məntəqələrini tərk etməsi məşq etdirilib.
Müasir döyüş təcrübəsi nəzərə alınmaqla keçirilən məşqlərdə Quru Qoşunları,
Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunlarının
bölmələri qarşılıqlı əlaqədə müxtəlif tapşırıqları yerinə yetiriblər.
Məşğələlərdə əsas diqqət mümkün təhdidlərin qarşısını dərhal almaq məqsədilə
qoşunların döyüşə hazırolma qabiliyyətinin daha da inkişaf etdirilməsi, eləcə
də bölmələrin dayanıqlı, fasiləsiz və operativ idarəedilməsini təmin etməkdir.