Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
(BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin VIII və IX sinifləri üzrə
monitorinq keçirilir.
Bu barədə BŞTİ-dən
xəbər verilib.
Bildirilib ki, monitorinqin əsas məqsədi
şagirdlərdə bilik və bacarıqların formalaşma səviyyəsini müəyyən etmək,
buraxılış imtahanlarının nəticələrinə mənfi təsir edən səbəbləri aşağı
siniflərdən aşkar etmək və tədrisin keyfiyyətinin daha da artırılmasına nail
olmaqdan ibarətdir.
Monitorinq təlim
dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilir.Təhsilalanlara təlim dili
üzrə 4-ü açıq sual olmaqla 30, riyaziyyat fənni üzrə 10-u açıq sual olmaqla 25,
xarici dil üzrə isə 4-ü açıq olmaqla 30 sual təqdim olunur. Sualların
cavablandırılması üçün 150 dəqiqə vaxt verilir.
Qeyd edək ki, monitorinqlər bitdikdən
sonra nəticələr bal və məzmun təhlili formasında təhsil müəssisələrinə təqdim
olunacaq.
Dumanlı Şuşa