Minatəmizləmə
əməliyyatlarını həyata keçirəcək ilk qadın qrupları yaradılacaq. Biz bu
layihəyə “Heç kəs kənarda qalmasın" prinsipinə sadiqliyimizi nümayiş
etdirmək məqsədilə başlayırıq.
Bu fikirləri BMT-nin İnkişaf
Proqramının (BMT İP) Azərbaycan üzrə rezident nümayəndəsinin səlahiyyətlərini
icra edən Nuno Queiros söyləyib.
O deyib: "Bu layihə BMTİP
üçün vacibdir. Çünki o, məcburi köçkünlərin təhlükəsiz şəkildə öz evlərinə
qayıtmasını təmin etməklə yanaşı, həm də Azərbaycanda minatəmizləmə
əməliyyatlarını həyata keçirəcək ilk qadın qruplarının yaradılmasına töhfə
verəcək. Bu, həmçinin qadınların humanitar minatəmizləmə kimi mühüm
fəaliyyətlərə cəlb olunmalarını təmin edəcək”.
Dumanlı Şuşa