"Azərbaycan
ərazisinə 1 milyondan çox mina yerləşdirilib. Bunun qurbanları mülki
əhalidir".
Bunu ANAMA-nın İdarə Heyətinin sədri
Vüqar Süleymanov Şuşada keçirilən tədbirdə bildirib.
Onun sözlərinə
görə, indiyə qədər 282 nəfər mina partlayışının qurbanı olub ki, onlardan da 46
nəfəri həlak olub. İndiyə qədər azad olunmuş ərazilərdə 28 000 piyada əleyhinə
mina, 39 000 partlamamış silah-sursat aşkar edilib və bu proses davam edir: “Bu
minalar əhalinin yaşayış yerlərinə yaxın yerlərdə, bağlarda, evlərin həyətində
basdırılıb. Bizim prioritetimiz bu ərazilərin tamamilə minalardan təmizlənməsi
və vətəndaşlarımızın öz evlərinə təhlükəsiz dönüşünü təmin etməkdir”.
Vüqar Süleymanovdeyib ki, bir sıra
beynəlxalq təşkilatlar Azərbaycana minatəmizləmə prosesində dəstək verir: “Xüsusilə
mən BMT İnkişaf Proqramını (UNDP) qeyd etmək istərdim ki, onlar ANAMA-nı
ləvazimatlarla, treninqlərlə və s. dəstəkləyib”.
ANAMA sədri qeyd edib ki, yeni layihə
Agentliyin əməliyyat və institusional imkanlarını daha da genişləndirəcək: “Beynəlxalq
cəmiyyəti bu prosesdə bizə dəstək verməyə çağırırıq. Bu prosesdə bizə dəstək
verən Avropa İttifaqına, Britaniyadan olan tərəfdaşlarımıza təşəkkür edirəm”.
Dumanlı Şuşa