Fevralın 8-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli
Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu
hava şəraiti üstünlük təşkil edəcək. Gecəyə doğru bəzi yerlərdə yağıntılı
olacağı, sulu qara keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun anomal gedişi gözlənilir, gecə və
səhər 4°-dək isti, axşam 0°-yə yaxın olacaq. Atmosfer təzyiqi 761 mm
civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 %
olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə
arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Əsasən dağlıq və
dağətəyi rayonlarda intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb
küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-5° isti, gündüz
5-8° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaq.
Yollar
buz bağlayacaq.
Dumanlı Şuşa