Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) gözlənilən hava
şəraiti ilə bağlı əhaliyə müraciət edib.
Bu
barədə qurumun mətbuat xidmətindən bildirilib.
Belə
ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün günün
ikinci yarısından başlayaraq fevralın 9-a kimi ölkə ərazisində hava şəraitinin
kəskin dəyişəcəyi, temperaturun xeyli enəcəyi, sulu qar, qar yağacağı, güclü
külək əsəcəyi proqnozlaşdırılır.
Qeyd
olunanlarla bağlı Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərinə müraciət edərək,
gözlənilən hava şəraiti ilə bağlı müvafiq təhlükəsizlik qaydalarına riayət
etməyə çağırır. Bakıda və Abşeron yarımadasında gözlənilən güclü küləklə
əlaqədar yüngül konstruksiyalı tikililərdən, reklam lövhələrindən uzaq durmaq,
elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq və
avtomobilləri saxlamamaq tövsiyə olunur”.
BŞİH-dən
bildirilib ki, hava şəraiti ilə əlaqədar kommunal strukturlar və aidiyyəti
qurumlar xüsusi, gücləndirilmiş iş rejimində çalışacaqlar.