“Minatəmizləmə
Agentliyi və BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi arasında
məcburi köçkünlərin təhlükəsiz qayıdışını təmin etmək məqsədilə ANAMA-nın
instusional inkişafına imza atılıb. Layihə Avropa İttifaqı tərəfindən
maliyyələşdirilir”.
Bunu ANAMA-nın İdarə Heyətinin sədri
Vüqar Süleymanov bildirib.Onun sözlərinə görə, layihə çərçivəsində
Azərbaycanda yeni minatəmizləmə komandasının yaradılması nəzərdə tutulur: “Bu
komanda qeyri-hökumət təşkilatının nəzdində fəaliyyət göstərəcək. Layihə çərçivəsində
Azərbaycanda ilk qadın minatəmizləmə qrupunun yaradılması nəzərdə tutulub.
Bundan başqa, Azərbaycana əlavə olaraq minaaxtaran itlər və siçovullar gətiriləcək
və minatəmizləmə əməliyyatına qatılacaq. Eyni zamanda, informasiya sisteminin təkmilləşdirilməsi
də layihə çərçivəsində həyata keçiriləcək. Layihənin müddəti 18 ay nəzərdə
tutulub, amma ümid edirik ki, layihə davamlı olacaq”.
”.