Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə
baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə
Fövqəladə Hallar Nazirliyinin (FHN) yardımlarından ibarət növbəti təyyarə
qardaş ölkəyə yola düşüb.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alan təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb.