Türkiyədə təhsil alan
tələbələrin və təcili köməyə ehtiyacı olan şəxslərin təxliyyəsi həyata
keçirləcək.
Bu barədə Xarici İşlər
Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, bu
gündən başlayaraq Türkiyənin Kahramanmaraş, Malatya, Qaziantep və Adana
vilayətlərinin avtovağzallarından təxliyyə avtobusları Azərbaycana yola
salınacaqdır. İlk mərhələdə, Türkiyədə təhsil alan tələbələrin və təcili köməyə
ehtiyacı olan şəxslərin təxliyyəsi həyata keçiriləcəkdir.
"Hazırda
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin və Səfirlik
nəzdindəki Hərbi Attaşeliyin bir qrup əməkdaşı quru yolu ilə təxliyyə
prosesinin həyata keçirilməsinin təmin edilməsi məqsədilə zəlzələdən zərər
görmüş bölgələrə ezam olunub", - deyə bildirilib.
Xatırladaq ki, ötən
gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7
kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye,
Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində
ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.