Dünəndən etibarən 201
nəfər vətəndaşımız, aralarında 3-4 nəfər Türkiyə vətəndaşı olmaqla təxliyyə
olunub
Bu barədə Xarici İşlər
Nazirliyindən bildirilib.
"Təxliyyə
olunanlar avtobuslarla Gürcüstan sərhəddinə yola düşüblər. Təxliyyə olunanlar
əsasən Qaziantep, Malatya, Adana, Diyarbəkir, Kahramanmaraş, Elazığ
bölgələrindən olan azərbaycanlılardır. Bu istiqamətdə tədbirlər davam
etdirilir.
Bu gün ərzində hansı
təxliyyələr həyata keçiriləcəyi ümumiyyətlə siyahıya almadan asılıdır ", -
deyə məlumatda qeyd olunub.
Xatırladaq ki,
fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib.
Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis,
Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş
vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və
yaralanıb.
Zəlzələnin ilk günü -
fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə
Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə
yola düşüb.
Fevralın 7-də ilkin
olaraq mobil səhra hospitalı və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi
heyət Türkiyəyə yola düşüb. Daha sonra isə nvöbəti təyyarə ilə dağıntılardan
ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar,
habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb.
Eyni zamanda Birinci
xanım Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ
bölgəsinə humanitar yardım edir.
Fevralın 8-də yardım
məqsədilə 13 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi Türkiyə yola
salınıb.Humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi
üçün 260 ədəd çadır, 300 ədəd çarpayı, 2 ədəd böyük gücə malik generator, 8000
geyim dəsti, 20000 cüt corab, 350 ədəd masa, 1000 ədəd oturacaq, 5000 ədəd
iplik dəsmal və digər ləvazimatlar daxildir. Bundan əlavə FHN-in növbəti
humanitar yardımı Türkiyəyə yola düşüb, bu yardıma isə 115 ədəd müxtəlif ölçülü
çadır, 1448 ədəd ədyal, 140 ədəd çarpayı, 90 ədəd qızdırıcı, 300 ədəd masa,
1000 ədəd oturacaq, 2000 ədəd iplik dəsmal və digər ləvazimatlar daxil edilib.