Şuşa +9 °C  
Azərbaycandan Türkiyəyə pul köçürmələrində problem yoxdur - Mərkəzi Bank

Azərbaycandan Türkiyəyə pul köçürmələrində problem yoxdur - Mərkəzi Bank

Azərbaycandan Türkiyəyə pul köçürmələrində problem yaranması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Əsas səbəb kimi isə Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra banklarda texniki problemlərin yaşandığını bildiriblər.

Məlumatlarda qeyd olunur ki, kartla heç bir əməliyyat aparmaq mümkün deyil.

Məsələ ilə bağlı  Mərkəzi Bankdan bildiriblər ki, Türkiyəyə pul köçürmələrində heç bir problem yoxdur.