Müdafiə nazirinin birinci müavini –
Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bir
neçə hərbi hissədə xidməti-döyüş fəaliyyətini, qoşun xidməti və döyüş
növbətçiliyinin təşkilini yoxlayıb.
Bu barədə Müdafiə Nazirliyindən
məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və
qayğısı sayəsində hərbi hissələrin döyüş qabiliyyətinin yüksək səviyyədə
saxlanılması üçün burada bütün zəruri infrastruktur yaradılıb.
Döyüş mövqelərində olan Baş Qərargah
rəisinə əməliyyat şəraiti məruzə olunub.
Qeyd edilib ki, Qarabağ iqtisadi rayonunda döyüş növbətçiliyi müasir texniki avadanlıqla təchiz olunmuş növbətçi qüvvə və vasitələrlə aparılır, qarşı tərəf fasiləsiz müşahidə edilir. Baş Qərargah rəisi döyüş növbətçiliyinin daha keyfiyyətli təşkili və aparılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.