Şuşa +8 °C  
Türkiyə üçün yardım toplanması davam edir - Ünvan dəyişib

Türkiyə üçün yardım toplanması davam edir - Ünvan dəyişib

 Azərbaycanlıların Türkiyə üçün yardım toplaması davam edir.

Azərbaycanlılar Türkiyədə baş vermiş zəlzələdən zərərçəkmiş insanlar üçün yardım toplamağa davam edirlər.

Yardımlar Bakıda Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksində toplanılır.

Qeyd edək ki, Türkiyənin Bakıdakı səfirliyi və Naxçıvandakı Baş konsulluğu yardım üçün Azərbaycan vətəndaşlarına müraciət edib.

Əşyalar şəxsən və ya karqo yolu ilə Naxçıvandakı Baş konsulluğa çatdırıla bilər. (Ünvan: Naxçıvan şəhəri Heydər Əliyev prospekti 17).