Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin
çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin
fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz
davam etdirirlər.
Nazirlikdən verilən
məlumata görə, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş
Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə
əməliyyatları nəticəsində dağıntılar altından 5-i uşaq olmaqla 26 nəfəri sağ,
47 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Qeyd edək ki, əməliyyatlarda FHN-in
xüsusi təlim görmüş xilasetmə itləri də tətbiq olunur.
Axtarış-xilasetmə əməliyyatlarının gedişi barədə əlavə məlumat veriləcək.