Bu günə qədər 1 nəfər
Azərbaycan Respublikası vətəndaşının – 1980-ci il təvəllüdlü Bakı şəhər sakini
Nailə Bünyatova Aydın qızının vəfatı barədə məlumat alınıb.
Bu barədə Azərbaycan
Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
"Hazırda
cənazənin Azərbaycana gətirilməsi üçün zəruri tədbirlər görülür", -
məlumatda deyilir.
Xatırladaq ki,
fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib.
Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis,
Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş
vilayətlərində ciddi dağıntılara səbəb olub.
Türkiyədə zəlzələ
nəticəsində ölənlərin sayı 8574-ə yüksəlib, yararlıların sayı isə 49 133-ə
çatıb.