Türkiyədə zəlzələdən zərərçəkən ailələrə 10
min lirə maliyyə yardımı göstəriləcək.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan Kahramanmaraşdakı çıxışında məlumat verib.
Dövlət başçısı bildirib ki, yaxın günlərdə
zəlzələ bölgəsindəki mövcud çətinliklər aradan qaldırılacaq: "Təbii
fəlakətin təsir etdiyi regionlarda yenidənqurma işləri də aparılacaq. Eyni
zamanda zəlzələdən zərərçən hər bir ailəyə 10 min lirə yardım göstəriləcək”.
Ərdoğan deyib ki, zəlzələ bölgəsində
axtarış-xilasetmə fəaliyyətləri davam edir: "Eyni zamanda
vətəndaşlarımızın təxliyəsi da davam edir. Təxribatçıların cəhdlərinə imkan
vermək olmaz. Bu məsələdə media nümayəndələri xüsusilə həssas olmalıdır. İndi
həmrəy olmaq vaxtıdır”.