Bu
ilin əvvəlindən reallaşdırılan yeni sosial islahat paketinin tərkib hissəsi
kimi, Prezident İlham Əliyevin təsdiq etdiyi yeni qanunla minimum aylıq əmək
pensiyasının məbləği 2023-ci il fevralın 1-dən 280 manata çatdırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 1
fevral tarixinə məbləği 280 manatdan az olan pensiyaların məbləğləri həmin
məbləğə çatdırılacaq.
Eyni zamanda həmin tarixdən
sonra pensiyaya çıxacaq şəxslərə təyin edilən pensiyanın minimum məbləği artıq
240 deyil, 280 manat təşkil edəcək.
Son 5 ildə aparılan sosial
islahatlar nəticəsində ölkəmizdə sosial ödənişlərdə ciddi artımlara, o cümlədən
minimum pensiyanın 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılmasına
nail olunub.
Hazırda minimum pensiya məbləği
2023-cü il üzrə pensiyaçılar üçün müəyyən edilmiş yaşayış minimumunu (199
manat) 81 manat və ya 40,7 faiz üstələyir.
Qeyd edək ki, 2023-cü ilin
əvvəlindən həyata keçirilən yeni sosial islahat paketi çərçivəsində pensiya ilə
yanaşı, əməkhaqqı, müavinət və təqaüdlərin də növbəti dəfə artırılması təmin
edilib.