Şuşa +8 °C  
Şuşada "ASAN xidmət" mərkəzinin tikintisi gələn il yekunlaşacaq

Şuşada "ASAN xidmət" mərkəzinin tikintisi gələn il yekunlaşacaq

Şuşada ASAN xidmət mərkəzinin tikintisi üçün zəruri işlər görülür.APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Xidməti və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.Xidmət sədri tikinti işlərinin gələn il yekunlaşa biləcəyini vurğulayıb:"Tikinti prosesi, yəqin ki, gələn il üçün yekunlaşar və elə gələn il də xidməti fəaliyyətə də başlayar. İşğaldan azad olunmuş digər ərazilərdə isə, bildiyimiz kimi, infrastruktur tədbirləri həyata keçirilir. Bu proseslər yekunlaşdıqdan sonra orada da ASAN xidmət mərkəzlərinin tikintisi həyata keçirilə bilər".