Səhiyyə naziri
Teymur Musayev ilə türkiyəli həmkarı Fahrettin Koca arasında telefon danışığı
olub.
Səhiyyə Nazirliyindən verilən
xəbərə görə, telefon danışığı zamanı Teymur Musayev Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı və
digər şəhərlərdə, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən tibb
müəssisələrinin zəlzələdə zərər çəkmiş şəxslərin müalicəsi üçün hazır vəziyyətə
gətirildiyini türkiyəli həmkarının diqqətinə çatdırıb.
“Bu məqsədlə, ümumilikdə tibb müəssisələrində
2000 çarpayı ayrılıb. Ehtiyac olduğu təqdirdə, Azərbaycanlı tibb mütəxəssisləri
yaralanmış şəxslərin müalicəsinə tibbi dəstək göstərməyə tam hazırdır”, -
Teymur Musayev əlavə edib.
Teymur Musayev yaralıların tezliklə
sağalmasını arzulayıb və həlak olmuş şəxslərin ailələrinə Allahdan səbr diləyib.
Dumanlı Şuşa