Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar
Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü
zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını
fasiləsiz davam etdirirlər.Bu barədə FHN-dən məlumat verilib.
Belə ki, FHN-in xilasediciləri
zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata
keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından
8-i uşaq olmaqla 37 nəfəri sağ, 145 nəfərin isə cəsədini çıxararaq aidiyyəti
üzrə təhvil veriblər.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.