Azərbaycan Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən,
Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə həyata
keçirilən yardım tədbirləri davam edir.
Müdafiə Nazirliyindən (MN) verilən məlumata görə,
Azərbaycan Ordusunun hərbi qulluqçuları və onların ailə üzvlərinin qardaş
ölkədə zərərçəkənlərə yardım etmələri üçün müvafiq hərbi hissələrdə toplama
məntəqələri yaradılıb.
Hərbi qulluqçular və onların ailə üzvləri tərəfindən könüllü şəkildə gətirilən geyimlər və ərzaq məhsulları təyin olunmuş məntəqələrdə toplanıb, çeşidlənərək bağlamalara yığıldıqdan sonra yük avtomobili vasitəsilə Türkiyəyə yola salınıb.