“Roma” və “Qalatasaray”
Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə yardım məqsədilə xeyriyyə
oyunu keçirəcəklər.
Bu barədə İstanbul
təmsilçisinin rəsmi saytı məlumat yayıb. Klublar artıq öz aralarında maçın
oynanılması üçün razılığa gəliblər. Lakin görüşün dəqiq tarixi hələ müəyyən
edilməyib.
"Qalatasaray" oyunun təşkili
üçün italiyalı yarımmüdafiəçi Nikolo Zaniolonun "Roma"dan transferi
ilə bağlı aparılan danışıqlar çərçivəsində tərəflər gəlib.
"Qalatasaray"ın
açıqlamasında isə bildirilib: "2023-cü ildə yoldaşlıq matçının keçirilməsi
ilə bağlı razılıq əldə olunub və bütün gəlir zəlzələdən zərərçəkənlərə
veriləcək".
Qeyd edək ki, fevralın 6-da
səhər saatlarında Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. Son
məlumatlara görə, fəlakət nəticəsində 12 873 nəfər həyatını itirib 62
937 nəfər yaralanıb.