Bu il Şuşada türk dünyasının tanınmış şair
və yazıçılarının iştirakı ilə ədəbi-bədii tədbirlər keçiriləcək.
Bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi
Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan
edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb.
Festivalın iyul-sentyabr ayında
keçiriləcəyi planlaşdırılır.
Həmçinin Vaqif poeziya günləri çərçivəsində
TÜRKSOY-a üzv ölkələrin şairlərinin görüşü, Mir Möhsün Nəvvab Qarabağinin 190
illiyinə həsr olunmuş sərginin təşkili və “Mir Möhsün Nəvvab Qarabağinin silah
kolleksiyası” adlı kitab-kataloqun təqdimatı, “Məclisi-üns” ədəbi məclisi
təşkil ediləcək.
Tədbirlərin icraçı orqanları Mədəniyyət
Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Respublikası Prezidentinin
Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir.
Dumanlı Şuşa