Bu il Şuşada türk dünyası xalqlarının adət
və ənənələrini özündə əks etdirən tədbirlər təşkil ediləcək.
Bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi
Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan
edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb.
Həmçinin türk dünyası xalqlarına məxsus
qədim idman növlərinin nümayiş etdirilməsi, türk dünyası xalqlarının kulinariya
günlərinin
keçirilməsi, Türk dünyası dövlətlərinin aktiv və mədəni turizm sahəsində
səyahətçi, bloger və digər şəxslərin Şuşaya səfərlərinin təşkili planlaşdırılır.
Eyni zamanda İl ərzində “Şuşa - Türk
dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində beynəlxalq konfrans, elmi
seminar və digər tədbirlərin keçiriləcək. “Türk dünyası: ortaq tarixi-mədəni
dəyərlər, müasir reallıqlar və gələcəyə baxış” mövzusunda beynəlxalq konfransın
keçirilməsi; “Əhməd bəy Ağaoğlu və Türk dünyası” mövzusunda beynəlxalq
konfransın keçirilməsi; - “Şuşa Türk dünyası tarixində” mövzusunda beynəlxalq
konfransın keçirilməsi, “Orta əsr mənbələrində və müasir dövr tədqiqatlarında
Qarabağ və Şuşa” mövzusunda elmi seminarın keçirilməsi, “Xarıbülbül əfsanəsi”
sənədli filminin təqdimatı olacaq.
Tədbirlərin icraçı orqanları Gənclər və
İdman Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikası Prezidentinin
Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi,
Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyi, Mədəniyyət
Nazirliyi, Xarici İşlər Nazirliyidir.