Şuşa +7 °C  
Şuşada Əhməd bəy Ağaoğlu ilə bağlı beynəlxalq konfrans keçiriləcək

Şuşada Əhməd bəy Ağaoğlu ilə bağlı beynəlxalq konfrans keçiriləcək

Şuşada “Əhməd bəy Ağaoğlu və Türk dünyası” mövzusunda beynəlxalq konfrans keçiriləcək.Bu, Baş nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nında əksini tapıb.

Bundan başqa “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində “Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış” mövzusunda beynəlxalq konfransın, “Şuşa Türk dünyası tarixində” mövzusunda beynəlxalq konfrans, “Orta əsr mənbələrində və müasir dövr tədqiqatlarında Qarabağ və Şuşa” mövzusunda elmi seminarın keçirilməsi nəzərdə tutulub.