Şuşada “Əhməd bəy Ağaoğlu və Türk dünyası”
mövzusunda beynəlxalq konfrans keçiriləcək.Bu, Baş nazir Əli Əsədovun sərəncamı
ilə təsdiqlənən “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət
paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nında əksini tapıb.
Bundan başqa “Şuşa - Türk dünyasının
mədəniyyət paytaxtı” ili çərçivəsində “Türk dünyası: ortaq tarixi-mədəni
dəyərlər, müasir reallıqlar və gələcəyə baxış” mövzusunda beynəlxalq
konfransın, “Şuşa Türk dünyası tarixində” mövzusunda beynəlxalq konfrans, “Orta
əsr mənbələrində və müasir dövr tədqiqatlarında Qarabağ və Şuşa” mövzusunda
elmi seminarın keçirilməsi nəzərdə tutulub.