Şuşa +7 °C  
Martda “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı 2023” ilinin rəsmi açılışı olacaq

Martda “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı 2023” ilinin rəsmi açılışı olacaq

Gələn ay (mart ayında) “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı 2023” ilinin rəsmi açılışı olacaq.Bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb.

Tədbirin icraçı orqanları Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir.