Gələn ay (mart ayında) “Şuşa - Türk
dünyasının mədəniyyət paytaxtı 2023” ilinin rəsmi açılışı olacaq.Bu, Baş nazir
Əli Əsədovun təsdiqlədiyi Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının
mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb.
Tədbirin icraçı orqanları Mədəniyyət
Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Prezidentinin Şuşa rayonunda
xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir.