“Xarıbülbül” VI Beynəlxalq Folklor Festivalının
keçiriləcəyi tarix məlum olub.
Bu, Baş nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən
“Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan
edilməsi ilə bağlı Tədbirlər Planı”nında əksini tapıb.
Festival bu ilin mayında keçiriləcək. Festivalın təşkili
Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası
Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu
İdarəsinə tapşırılıb.