“YAŞAT” Fondu müalicə və psixoloji dəstək
xərclərinin ödənilməsi istiqaməti üzrə işləri davam etdirir.
Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə,
müharibə əlili Elnur Səmədovun və Səbuhi Eyvazovun əməliyyat xərcləri “YAŞAT”
Fondu tərəfindən qarşılanıb.
Qazilərimizin bundan öncə də
müalicələrinə dəstək göstərilib və məişət şəraitləri yaxşılaşdırılıb.
Görülən işlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.
Dumanlı Şuşa