Sahibkarlıq
sahəsində yoxlamaların dayandırılması müddəti daha 1 il uzadılıb.
Bu, Prezident İlham Əliyevin bu gün
təsdiqlədiyi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması
haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
Qanunda nəzərdə
tutulan yoxlamalar (vergi, gömrük, maliyyə bazarları, özəl tibb fəaliyyəti,
dərman vasitələrinin və qida məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə
nəzarət, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, sahibkarlıq subyektlərinin
elektrik, su, istilik və qaz sayğaclarına müdaxiləsi və sayğacdankənar şəbəkəyə
qanunsuz qoşulması ilə bağlı, “Cinayət yolu ilə əldə edilmiş əmlakın
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında” qanunun tələblərinə əməl edilməsinə nəzarət, həmçinin Azərbaycan
Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli fərmanı
ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan yoxlamalar) istisna olmaqla,
sahibkarlıq sahəsində aparılan yoxlamalar 2024-cü il yanvarın 1-dək
dayandırılıb.
Dumanlı Şuşa